Xalq Bank 2022-ci ilin yekunlarını açıqladı

Xalq Bank 2022-ci ilin yekunlarını açıqladıASC "Xalq" Bankı 2022-ci il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirərək illik fəaliyyətini uğurla tamamlamışdır.
Belə ki, ilin sonuna Xalq Bankın aktivlərinin həcmi 2021-ci ilin sonu ilə müqayisədə 14.78% artaraq 2 685.07 mln manat, müştərilərə verilən kredit portfelinin həcmi 25.03% artaraq 1 774.25 mln manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 20.22% artaraq 1 855.26 mln manat, cəmi kapitalı 5.80% artaraq 475.21 mln manata çatdırılmışdır. İlin sonuna Bankın xalis mənfəəti 27.22 mln manat təşkil etmişdir. Beləliklə, aktivlərinin və kredit portfelinin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır. 
2022-ci il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin genişləndirilməsi, kredit məhsullarının əlçatanlığının təmin edilməsi, nağdsız əməliyyatların həcminin artırılması və rəqəmsallaşma kimi istiqamətlərə xüsusi diqqət ayrılmışdır. 2022-ci ildə Bank yeni loyallıq proqramları əsasında XalqKart Petrol və Cashback məhsullarını təqdim etmiş, bununla yanaşı, sürətli və təmassız ödəniş üsulları olan Apple Pay və Google Pay xidmətlərini aktiv etmişdir. 
2022-ci ildə Moody"s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsindən B1 səviyyəsinə artırmış, reytinq üzrə proqnozunu "Stabil" olaraq qiymətləndirmişdir. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3-dən yüksəldərək B2 səviyyəsinə qaldırmışdır.
Bankın həyata keçirdiyi "Xalq Əmanəti" mədəni-sosial layihəsi çərçivəsində 2022-ci ildə Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun "Azərbaycan xalçası" bədii albomu geniş ictimaiyyətə təqdim olunmuşdur. 
Ötən il fəaliyyətə başlamasının 18 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Xalq Bank 2022-ci il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar işçi heyəti, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur. / banker.az

Banklar     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

ABB Invest ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır

ABB Invest növbəti dəfə ABB istiqrazlarının anderrayteri qismində kapital bazarında çıxış edir. Bu dəfə ümumilikdə hər biri 5 milyon manat olmaqla iki istiqraz investorlara təklif olunur. Təklif edilən istiqrazların gəlirliliy

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

Bankların komissiyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib

Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründ

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq Birbanklılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləy


iqtisadi xeberler bitkoin qiymeti leobank kart bu gunun xeberleri iqtisadiyyat xeberleri