Xalq Bankdan 27 milyon manatdan çox xalis mənfəət

Xalq Bankdan 27 milyon manatdan çox xalis mənfəətXalq Bank 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, Xalq Bank 2022-ci ili 27 milyon 215 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 27 milyon 289 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Xalq Bankın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə təxminən eyni səviyyədə olub.
2022-ci ildə Xalq Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 139 milyon 530 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 30,5% və ya 32 milyon 590 min manat çoxdur. Bank 2021-ci ildə 106 milyon 940 min manat əməliyyat gəlirləri əldə etmişdi.
2022-ci ildə Xalq Bankın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 86 milyon 737 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 12,9% və ya 9 milyon 911 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 76 milyon 826 min manat olmuşdu.
BANK DAHA DA BÖYÜYÜB, KREDİT VƏ DEPOZİT PORTFELLƏRİ ARTIB
Xalq Bankın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 14,8% və ya 345 milyon 679 min manat artaraq 31 Dekabr 2022-ci il tarixində 2 milyard 685 milyon 70 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 2 milyard 339 milyon 391 min manat cəmi aktivlərə malik idi.
Xalq Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 23,7% və ya 333 milyon 656 min manat artaraq 31 Deakbr 2022-ci il tarixində 1 milyard 740 milyon 635 manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli  1 milyard 406 milyon 979 min manata çatmışdı.
Xalq Bankın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 20,2% və ya 311 milyon 991 min artaraq 31 Dekabr 2022-ci il tarixində 1 milyard 855 milyon 258 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 1 milyard 543 milyon 267 min manat cəmi depozitlərə malik idi.
31 dekabr 2022-ci il tarixində Xalq Bank 427 milyon 59 min manat manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 400 milyon 392 min manat cəmi kapitala malik idi.
Xalq Bankdan 27 milyon manatdan çox xalis mənfəətXalq Bankdan 27 milyon manatdan çox xalis mənfəətXalq Bankdan 27 milyon manatdan çox xalis mənfəətXalq Bankdan 27 milyon manatdan çox xalis mənfəətXalq Bankdan 27 milyon manatdan çox xalis mənfəət

Banklar     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri