Ziraat Bank Azərbaycanın Müşahidə şurasına yeni üzv təyin olunub
Dünyanın 18 ölkəsində fəaliyyət göstərən "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsi olan "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.
Dövri yerdəyişmə planına əsasən"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasının üzvü Sedat Yılmaz öz vəzifəsini Uğur Can Ayqına təhvil verib. Uğur Can Ayqın peşəkar karyerasına 2008-ci ildə T.C. "Ziraat Bankası" Daxili Nəzarət və Risklərin İdarə Edilməsi departamentində başlayıb. 2022-ci il iyul ayından bu günədək Risklərin İdarə Edilməsi departamentinə rəhbərlik edən Uğur Can Ayqın bank sahəsində zəngin təcrübəyə malikdir.
"Ziraat Bank Azərbaycan" ASC Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Evdə biznes qurmağın yolları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
İnstaqramda biznes qurmağın yolları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Bill Qeyts kimdir?