ABB cari ilin ilk üç rübündə 235 mln. manat xalis mənfəət edib
Ölkənin aktivlərinə görə ən iri bank ABB ("Azərbaycan Beynəlxalq Bankı" ASC, $ABBNK) 2024-cü ilin ilk üç rübündə 235,08 milyon manat xalis mənfəət əldə edib və beləliklə, bölüşdürülməmiş mənfəətini 426,94 milyon manata çatdırdı.
Banker.az bankın bunu rübük maliyyə hesabatına istinadən xəbər verir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
2024-cü ilin yanvar-sentyabr faiz gəlirləri 668,07 milyon manat təşkil edib, bu isə 2023-cü ildəki 575,59 milyon manatla müqayisədə 16% artım deməkdir. Bunun da böyük hissəsini müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təmin edir ki, bu da illik 43.6% artımdır.
ABB-nin faiz xərcləri də artaraq 165,63 milyon manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,7% artımdır (2023: 95,96 milyon manat). Bu artım əsasən depozitlər üzrə faiz xərclərinin 144,89 milyon manata çatması ilə əlaqədardır (2023: 71,71 milyon manat).
Qeyri-faiz gəlirləri də yüksəlib və 2024-cü ildə 228,19 milyon manat təşkil edib. Bu da ötən ilin 164,50 milyon manatı ilə müqayisədə 38.7% artım göstərir.


Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
İban nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv