ABB-dən 254 milyon manatdan çox mənfəət
"ABB" ASC 2022-ci ili 254 milyon 380 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ilin eyni dövründə isə bankın mənfəəti 208 milyon 780 min manat təşkil edib ki, bu da illik müqayisədə 22% artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
2022-ci ildə ABB-in cəmi gəlirləri 780 milyon 239 min manat (əvvəlki ilə nisbətən 29% çox), cəmi xərcləri 384 milyon 809 min manat təşkil edib.
AKTİVLƏRİ 14 MİLYARD MANATI ÖTDÜ
Bu il yanvarın 1-nə ABB-nin aktivləri 14 milyard 39 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 22.3% çoxdur. Bunun 3 milyard 531 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2022-ci ildə Bankın kredit portfeli 14% böyüyüb.
DEPOZİTLƏRİ KƏSKİN ARTIB
Hesabat dövründə bankın cəmi öhdəlikləri 24% artaraq 12 milyard 406 milyon manat, depozitləri 28.5% artaraq 10 milyard 622 milyon manat, cəmi kapitalı isə 14% artaraq 1 milyard 633 milyon manat təşkil edib.



Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
İKEA şirkətinin tarixi
Dünyanın ən bahalı restoranları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Green Card nədir və onu necə əldə etmək olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?