ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlandı
®Oktyabrın 17-də növbəti dəfə Bakı Caz Festivalına start verilib. "Payızın caz improvizasiyaları: Baku Jazz 2024" adı altında keçirilən tədbirə ABB də tərəfdaşlıq dəstəyi göstərir.
Festival oktyabrın 27-dək davam edəcək. Konsert proqramları Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Milli Konservatoriyasında, "Jolly Joker" konsert meydançasında və ADA Universitetində təşkil olunacaq.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Festivalın proqramına konsertlər, ustad dərsləri, caz ulduzları ilə görüşlər, "İpək üzərində caz" sərgisi, "Jazz & Art" animasiya eskizləri, "Best World Jazz Photo" sərgisi, Bəhram Bağırzadənin "Uşaqlar üçün caz" kitabının təqdimatı və digər tədbirlər daxildir.
Bakı Caz Festivalında ənənəvi caz, etno-caz, bossa nova, caz-rok kimi üslublar nümayiş olunacaq. Festivalda Interplay triosu, amerikalı müğənni Şeril Rayley, eləcə də digər dünya ulduzları iştirak edəcək.
Bakı Caz Festivalı ənənəsinin təməlini 2005-ci ildə görkəmli caz musiqiçisi, Azərbaycanın əməkdar artisti Rain Sultanov qoyub. ABB ardıcıl olaraq Bakı Beynəlxalq Caz Festivalına tərəfdaşlıq dəstəyi verir.
Festival haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
İban nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv