Azərbaycanın kredit bazarına "Nova Credit" adlı BOKT gəlir
Azərbaycanda yeni bank olmayan kredit təşkilatı təsis edilib.
Banker.az xəbər verir ki, bu, "Nova Credit Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
"Nova Credit BOKT" MMC 300 min manat nizamnamə kapitalı ilə , Bakı şəhəri Yasamal rayonu, Şəfayət Mehdiyev, ev 138, məh.1023 hüquqi envanında dövlət qeydiyyatına alınıb.
BOKT-nin direktoru/qanuni təmsilçisi Həsən İsrafilzadədir.
Azərbaycanda BOKT-lərə lisenziyanı Azərbaycan Mərkəzi Bankı təqdim edir. Ötən il bir neçə bank olmayan kredit təşkilatı təsis edilsə də Mərkəzi Bank onlara hələ ki, kredit bazarında lisenziyanı heç bir BOKT-a təqdim etməyib. Sonuncu dəfə bu lisenziya 26 dekabr 2021-ci il tarixində "SF Azerbaijan BOKT" MMC-yə bu lisenziya təqdim edilib.
Əksinə, son iki ildə BOKT-lərdən ikisi bu lisenziyadan məhrum oldu.
Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən AMB-yə aşağıdakı sənədlər təqdim olunur:
təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
təşkilati strukturu haqqında məlumat;
inzibatçıların nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat;
maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;
inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
Bu yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
McDonalds haqqında maraqlı faktlar
Marketinq nə demədir?