Birbank sahibləri may ayında 5.2 milyon manat keşbek əldə ediblər

Birbank sahibləri may ayında 5.2 milyon manat keşbek əldə ediblər®Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback kartı istifadəçiləri may ayında bonuslardan ortalama 42 manat pul qazanıblar. 
May ayı ərzində Birbank-lılar ümumilikdə 5.2 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 320 000 manatı Birbank vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% keşbeklərin payına düşür. Birbank-ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan keşbek məbləği 270 000 manatdır. Xərclədikləri vəsaitin bir hissəsini keşbek qismində geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi təqribən 2.5 milyon manat təşkil edib. 
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. 
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. 
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. / banker.az

Banklar     Tarix: 02 iyun 2023

Oxşar xəbərlər

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı

() Unibank biznes müştəriləri üçün yeni Visa Platinum Business kartını təqdim edir. Kart sahibkarlara gündəlik maliyyə əməliyyatlarını rahat idarə etməklə yanaşı, səyahət, sağlamlıq və biznes xidmətləri üzrə əlavə üstünlüklə

Ölkədaxili nağdsız ödənişlərin 70 faizdən çox maliyyə xidmətlərilə bağlı olub

Ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların təsərrüfat subyektinin ticarət kodu üzrə bölgüsü açıqlanıb. . xəbər verir ki, bu, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir. Ödəniş kartlar

TuranBank nüfuzlu beynəlxalq qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğur

AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq

()  Müştərilərinə keyfiyyətli və operativ maliyyə həlləri təqdim edən AccessBank qeyri-iş günlərində də fəaliyyət göstərəcək. Bankın bütün filialları 26 və 27 mart tarixlərində saat 09:00-dan 17:00-dək açıq olacaq. Qeyd oluna

Azərbaycanın tədiyə balansında $1.4 mlrd. kəsir olub

2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktor

Təhsil kreditindən yararlanan tələbələr üçün "Sənin karyera yolun: öz təsirini yarat" mövzusunda təlim keçirilib

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. Bu məqsədlə bankla  Təhsil Tələbə Kredit Fondu arasında ötən il əməkdaşlı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank KB 16–22 mart tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib. Tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığının əhəmiyyətin

"Azərpoçt" ötən il 132 minə yaxın ödəniş kartı buraxıb

"Azərpoçt" MMC ötən il 131,7 min ədəd ödəniş kartı emissiya edib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bankların bağlanması şikayət indeksindən asılı deyil– Ekspert

Son günlərdə sosial mediada və bəzi saytlarda Azərbaycanda yaxın vaxtlarda daha iki bankın bağlanacağı ilə bağlı məlumatlar dolaşır. Lakin adı həmin məqalədə çəkilən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqa


iqtisadi xeberler kicik biznes bank faizleri emlak xeberleri biznes ideyalari