Əhalinin banklardakı pullarından vergi tutulacaq?

Əhalinin banklardakı pullarından vergi tutulacaq?Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri fevralın 1-dən yenidən vergiyə cəlb edilə bilər. Belə ki, Vergi Məcəlləsinə görə, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri vergidən azaddır. 
Məlumata görə, əmanətlərin faizlərinin vergidən azad olunması milli valyutanın 2015-ci ilin fevral və dekabr aylarındakı devalvasiyası fonunda maliyyə sabitliyinə nail olunması məqsədilə atılan addımlardan biri idi. Belə ki, həmin vaxt manatın ucuzlaşmasından sonra əhali banklardakı milli valyutada olan əmanətlərini çıxarmağa başlamışdı. Banklardan çıxarılan vəsaitlər xarici valyuta alınmasına yönəldirilirdi. Əgər 2015-ci ilin dekabr ayında fiziki şəxslərin banklarda 9 milyard 473,9 milyon manat məbləğində əmanətləri var idisə, bir ay sonra -  2016-ci ilin yanvarda bu məbləğ 830,6 milyon manat və ya 8,8 faiz azalaraq 8 milyard 643,3 milyon manata enmişdi. Bu baxımdan prosesin qarşısının alınması istiqamətində atılan kompleks tədbirlərdən biri də əmanətlərin faizlərinin vergidən azad edilməsi oldu. Bununla da əvvəlcə 3 il müddəti əhatə edən azadolmaya daha sonra da 4 il də əlavə edilərək 7 ilə çatdırıldı. 
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Lakin ilk dəfə deyildi ki, əmanətlərin faizləri vergidən azad edilirdi. Belə ki, əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə cəlb edilməsinə 2015-ci ilin yanvar ayının 1-dən başlamışdı. Bu baxımdan 2014-cü ilin dekbarın 31-dək də fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri vergidən azad idi.   
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, sözügedən müddətin uzadılıb-uzadılmayacağı parlamentin üzvləri tətildən qayıdandan (yanvarın 15-dən) sonra məlum olacaq. Hələ ki, bu barədə heç bir məlumat yoxdur. 
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun açıqlamasına görə isə Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmayıb. Lakin deputat hesab edir ki, az məbləğdə depoziti olan vətəndaşların gəlirinə təsir göstərməməsi üçün belə əmanətlər üzrə differensial olmaqla güzəşt müddətinin uzadılması məqsədəuyğundur: "Bu müddətin bitməsinin xüsusən az məbləğdə depoziti olan vətəndaşlarımızın gəlirinə təsir göstərməməsi üçün aşağı məbləğli əmanətlər üzrə differensial olaraq güzəşt müddətinin uzadılması məqsədəuyğun olardı. Çünki kiçik əmanətlər üzrə gəlir vergisinin tətbiqi həmin vətəndaşlarımızın depozit qazanclarını azaldacaq".
Əmanətlər üzrə illik faiz gəlirlərinin vergidən azadolma müddəti artırılmasa, 10 faizlə vergiyə cəlb ediləcək. Vergi Məcəlləsinə görə, bu halda fiziki şəxsin faiz gəlirlərindən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulur. Məsələn, banka illik 8 faizlə 10 min manat məbləğində əmanətiniz varsa, illik əldə edəcəyiniz 800 manatın 10 faizi məbləğində - 80 manat vergi tutulacaq.   
Lakin burada güzəşt də nəzərdə tutula bilər. Söhbət ondan gedir ki, vergidən azadolmaya qədər - 2016-ci iin fevralın 1-dək olan müddətdə fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azad edilirdi. Belə olan halda 800 manatlıq faiz gəlirinin 500 manatı çıxılmaqla yalnız 300 manatı vergiyə cəlb edilə bilər. Faiz gəlirindən verginin 10 faiz dərəcəsi ilə vergiyə cəlb edildiyini nəzərə alanda bu, illik 30 manat vergi deməkdir. Başqa sözlə, hesablanmış 800 manatın 770 manatı əmanətçiyə verilir, 30 manat isə vergi tutularaq büdcəyə köçürülür. Bu halda daha kiçik məbləğlərdə və ya aşağı faizlə yerləşdirilmiş əmanətlər üzrə faiz gəlirlərindən tutulacaq vergi məbləğləri daha az ola və ya ümumiyyətlə, olmaya bilər.
Əmanətlərin sığortalanması mexanizminin, milli valyutanın məzənnəsinin sabit qalmaqda davam etməsi və əhalinin investisiya edəcəyi alətlərin məhdud olması şəraitində bank əmanəti hazırda ən əlverişli passiv yatırım üsuludur.  
Mərkəzi Bankın məlumatına görə, ötən ilin dekabr ayının əvvəlinə əhalinin banklarda 11 milyard 339,9 milyon manat məbləğində əmanəti olub. Bunun 5 milyard 281,9 milyon manatı və ya 46,6 faizi tələbli, yəni banklardan hər an çıxarılması mümkün olan əmanətlərdir.  
Əmanətləri üzrə ödənilən illik faiz gəlirləri vergidən azad ediləndə 2016-cı ilin fevral ayının 1-nə fiziki şəxslərin banklarda  8 milyard 643,3 milyon manat məbləğində əmanətləri var idi. 
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Qafqazinfo" / marja.az

Banklar     Tarix: 14 yanvar 2023

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri