Eldar Qəribov "Unibank"da payını artırdı

Eldar Qəribov "Unibank" KB" ASC-nin nizamnamə kapitalındakı son artımdan sonra əsas səhmdar olan Eldar Qəribovun payı bir qədər də artıb.
Banker.az xəbər verir ki, iş adamının "Unibank"dakı payı 87.032%-ə çatıb. Məlum olub ki, bankın "mövqe gücləndirmək" məqsədi ilə emissiya etdiyi səhmlərin böyük hissəsini Qəribov alıb.
Dekabrın son iş həftəsində məlum oldu ki, bank 2.5 mln. ədəd səhm emissiya edir. Nəzərə alsaq ki, bankın səhmlərinin nominal dəyəri 2.72 manatdır, o zaman söhbət 6.8 mln. manatlıq artımdan gedir.
Banker.az-ın mənbədən aldığı məlumata görə, ilkin olaraq buraxılmış 94.08%-ə qədərini və ya 2 351 908 ədədini Eldar Qəribov əldə edib. Bu da 6 397 190 manatlıq bir səhm paketidir. Qəribov hərracda 6 nəfərlə "mübarizəyə girişib".  Yalnız iki nəfərin əldə etdiyi paketin həcmi 100 min manatın üzərindədir. Həmin şəxslərdən biri 120 min, digəri isə 202 min manatlıq səhm əldə edə biliblər.
Qəribovun buna qədər bankın nizamnamə kapitalında payı 86.7% təşkil edirdi. İş adamından sonra ikinci ən mühüm payçı isə "Canley Finance SA" Təşkilatıdır.
Beləliklə, "Unibank"ın nizamnamə kapitalı 149 386 357.6 manat təşkil edir.
Qəribovun payının artmasından sonra onun "Unibank" ASC-dəki ümumi səhmlərinin nominal dəyəri 130.01 mln. manata yüksəlir. Bu artım da onun respublika üzrə "ən böyük bank səhmdarları[fiziki şəxslər]" reytinqindəki yerini dəyişməyib. Belə ki, Qəribov hələ də 3-cü sıradakı yerində qərarlaşıb. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Banker.az-ın tərtib etdiyi siyahıya əsasən, ikinci sıradakı Zərifə Həmzəyevanın payı 130.58 mln. manatdır.

Banklar     Tarix: 18 yanvar 2023

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri