"İnkişaf üçün Maliyyə"də böyük inkişaf - MƏNFƏƏTİ 4 DƏFƏDƏN ÇOX ARTIB
BOKT "İnkişaf Üçün Maliyyə" MMC 2022-ci ili 1 milyon 70 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 244 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "İnkişaf Üçün Maliyyə"nin xalis mənfəəti 4,4 dəfə artıb.
Marja az xəbər verir ki, "İnkişaf Üçün Maliyyə"nin faiz gəlirləri 2021-ci ildə 1 milyon 919 min manat ikən 2022-ci ildə 2 milyon 395 min manata yüksəlib (476 min manat və ya 24,8% artıb).
Ötən il "İnkişaf Üçün Maliyyə" tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 1 milyon 923 min manat və ya 27,8% artaraq 8 milyon 827 min manata çatıb.
"İnkişaf üçün Maliyyə" Bank Olmayan Kredit Təşkilatı MMC alternativ maliyyə xidmətlərinə çıxış imkanı olmayan, işləyən kasıb əhaliyə davamlı əsasda maliyyə xidmətləri göstərmək üçün Böyük Britaniyanın OKSFAM beynəlxalq humanitar təşkilatı tərəfindən yaradılmış inkişaf təşkilatıdır.

/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
McDonalds haqqında maraqlı faktlar
Marketinq nə demədir?