Kapital Bank "COP29 Human Capital Forum" tədbirində 2 mükafata layiq görüldü
®Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq "Dayanıqlı gələcək üçün yaşıl insan resursları" şüarı altında "COP29 Human Capital Forum" tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd ölkəmizdə insan kapitalının davamlı inkişafı, işçi bağlılığının gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə innovativ insan resursları həlləri kimi fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması idi.
Tədbirdə bu istiqamətdə uğurlu təcrübə təqdim edən şirkətlər də mükafatlandırılıb. Təltif edilənlər sırasında ölkənin birinci bankı Kapital Bank-da var. "Ən yaxşı işçi bağlılığı strategiyası" və "Ən yaxşı yaşıl İnsan Resursları startegiyası" nominasiyalarında mükafatlar bankın rəsmi nümayəndələrinə təqdim edilib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Kapital Bank-ın İstedadların İdarə Edilməsi departamentinin direktoru Aygün Musayeva "Yaşıl dünya naminə həmrəylik ili"ndə bu mükafatları qazanmağın qürurunu bölüşüb. "Komandamız dünyanın ən son texnoloji yenilikləri ilə ayaqlaşaraq daim öz üzərində işləyir və bankımızın təqdim etdiyi mükəmməl inkişaf imkanlarından faydalanır. Bu isə bizə müştərilərimiz üçün innovativ xidmətlər təqdim etmək fürsəti yaradır. Biz müasir dövrdə dayanıqlılığın və yaşıl düşüncənin əhəmiyyətini anlayır, inandığımız bu doğru yolda irəlləyir, inkişaf edirik. Biz İnsan Resursları proseslərimizdən kağızı demək olar ki, çıxarmaqla və onları rəqəmsal platformalara daşımaqla yaşıl İR istiqamətində böyük yol qət etmişik. Eləcə də, bankda işləyən hər kəsin burada hər gün özünü xoşbəxt hiss etməsinə və mükəmməl iş yerinin yaratdığı çoxsaylı imkanlardan yararlanmasına böyük önəm veririk. Biz doğru yoldayıq!".
Xatırladaq ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank nüfuzlu "Great Place To Work" – "Mükəmməl iş yeri" mükafatını Azərbaycanda alan ilk və tək bankdır. Bank ardıcıl olaraq 2 ildir bu mükafata layiq görülür.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Az pulla hansı işi qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət