Mərkəzi Bank 2 kredit təşkilatının "kitabını bağladı"

Mərkəzi Bank 2 kredit təşkilatının "Gold Finance" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası və "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 31 may 2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir.
Marja xəbər verir ki, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyəti və onların dayanıqlı idarəetməsinin gücləndirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə mövcud qanunvericilikdə qabaqcıl və müsbət təcrübələr əsasında mütəmadi təkmilləşdirilmə işləri aparılır, bank olmayan kredit təşkilatları sektorunun inkişafı üzrə strategiyaların formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində qanunvericiliyin və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinə riayətin təmin edilməsi məqsədilə zəruri göstərişlər verilir və onların icrası nəzarətdə saxlanılır.
Görülmüş işlər nəticəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar "Gold Finance" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası və "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 31 may 2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Qeyd olunmalıdır ki, adı çəkilən təşkilatlar tərəfindən müştərilərə verilmiş kreditlər tam həcmdə "ümidsiz aktiv" təsnifat kateqoriyasında olmuş və kapital tələbləri pozulmuşdur. Bundan əlavə, sözügedən təşkilatlar tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyəti ümumiyyətlə həyata keçirilməmişdir. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün Mərkəzi Bank tərəfindən onlara möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilməmişdir.
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir. / marja.az

Banklar     Tarix: 02 iyun 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq