Ölkə tarixində ilk: ABB-nin səhmlərinin təkrar bazarda mobil tətbiqlə ticarətinə başlanıldı

Ölkə tarixində ilk: ABB-nin səhmlərinin təkrar bazarda mobil tətbiqlə ticarətinə başlanıldıDövlət bankı ABB (Tiker: ABBNK) yenicə emissiya etdiyi səhmlərin təkrar bazarda məsafədən ticarətini "ABB mobile" tətbiqi üzərindən də mümkün edib.
Banker.az (İnvestisiya)bildirir ki, artıq tətbiq üzərindən bir neçə gündür alış və eləcə də satış mümkündür.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bank bununla da Azərbaycan tarixində ilkə imza atmış olub. İndiyə qədər sifarişlər məsafədən deyil, birbaşa brokerin köməkliyi ilə alınırdı.
Bildirək ki, ABB sədri Abbas İbrahimov keçən ay mətbuat konfransında Banker.az-ın sorğusuna cavab olaraq bunun yaxın günlərdə mümkün olacağını bildirmişdi.
Səhm ticarəti iş günlərində 10:00-16:30 aralığında icra edilir ki, bu da həmçinin Bakı Fond Birjasının işləmə saatı ilə üst-üstə düşür.
Məsələyə yaxın olan mənbə Banker.az-a bildirir ki, keçən həftə ərzində 610 əməliyyat aparılıb və bu əməliyyatlarda 1 836 067 ədəd səhm dövr edib ki, bu da 496 040.59 manatlıq həcmdir.
Səhmlərin təkrar bazardakı qiyməti 27-28 qəpik intervalında dəyişir. Səhmlərin nominal dəyəri isə 27 qəpikdir.
ABB-nin səhmlərinin alındığı növbəti gün 14:00-dan etibarən müştərinin "ABB Mobile"dəki portfelində əks olunur.
Eyni əməliyyat satış üzrə də bu formada baş tutur. Satış əməliyyatlarından gələn vəsait növbəti gün 14:00-dan etibarən cari hesabınıza köçürülür.
Burada bir sıra vacib məlumatları çatdıraq:
Hesab açmaq elektron qaydadır və hazırda ödənişsizdir.
Müştərilər səhm portfelini və sifarişlərini daima izləyə bilir.
Ticarət əməliyyatları bir neçə ay müddətində komissiyasızdır.
Təyin edilən limit qiyməti ilə sifariş yerləşdirilir.
Cari hesabdan köçürmələr komissiyasız və limitsizdir.

Banklar     Tarix: 16 oktyabr 2024

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler valyuta kurslari biznes xeberleri valyuta xeberleri bitkoin qiymeti