Quşçuluq şirkəti kredit üçün banka müraciət etməyi planlaşdırır

Quşçuluq şirkəti kredit üçün banka müraciət etməyi planlaşdırırAzərbaycan Respublikasının Nazirlər Kabineti 25 may 2023-cü il tarixli 164 nömrəli Qərarına əsasən 30 iyun iş gününün istirahət günü ilə yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq "Səba" ASC-nin Direktorlar Şurasının qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə müvafiq olaraq "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi yığıncağının vaxtı dəyişdirilərək 03 iyul 2023-cü il saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında keçiriləcəkdir. 
Marja xəbər verir ki, ümumi yığıncağın gündəliyinə cəmiyyətin İdarə Heyətinin təklifinə və Direktorlar Şurasının qərarına əsasən əlavə məsələ daxil edilmişdir.
Yığıncağın gündəliyində olan məsələlər aşağıda qeyd olunmuşdur: 
- "Səba" ASC-nin 2022-ci il üzrə illik (maliyyə) hesabatları barədə.
- "Səba"ASC-yə kredit xəttinin açılması üçün banka müraciət edilməsi.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar Ümumi yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş məsələ (və ya məsələlər) üzrə müvafiq sənədlərlə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında tanış olmaq hüququna malikdirlər.
Ümumi yığıncağın keçiriləcəyi ünvan: AZ 0100, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1, "Səba"ASC-nin baş ofisi. / marja.az

Banklar     Tarix: 02 iyun 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq