Rayonlardakı iş adamlarının sərfəli kreditə asan çıxışı üçün proqram hazırlanır

Rayonlardakı iş adamlarının sərfəli kreditə asan çıxışı üçün proqram hazırlanırAzərbaycanın regionlarında kiçik və orta sahibkarların daha sərfəli kreditlərə çıxışını formalaşdırmaq üçün xüsusi proqram hazırlanır.
Bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev deyib.
O qeyd edib ki, KOB sahəsi ən vacib seqmentlərdən biridir:
"Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və Banklar Assosiasiyası ilə birgə bu mövzu ilə bağlı işlər görürlər. İnanırıq ki, bu proqram sayəsində kreditlər kiçik və orta sahibkarlara daha sərfəli şərtlərlə təqdim olunacaq. İlin sonuna kimi bu proqramın icrasına başlanacağı gözlənilir", - C. Quliyev bildirib.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov dünən  açıqlamasında bildirmişdi ki, KOB subyektlərinin kənar maliyyələşmə mənbəyi kimi əsasən banklar çıxış edir və burada əsas narahatlığı yüksək faizlər və sərt girov tələbləri doğurur: "Bununla yanaşı mikro və kiçik sahibkarlara banklar tərəfindən güzəştli kreditlərin verilməsinə marağın olmaması və sahibkarlara daxili öz kreditlərinin təklif olunması, eləcə də, çıxarışı olmayan torpaq sahələrinə güzəştli kreditlərin verilməməsi kimi hallarla əlaqəli müraciətlər daxil olmaqdadır".
Həmçinin oxu
"Bank kreditlərinə çıxış çətinləşir, şirkətlərin müraciətləri cavablandırılmır"
Rayonlardakı iş adamlarının sərfəli kreditə asan çıxışı üçün proqram hazırlanırKOBİA rəhbəri əlavə edib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən güzəştli kreditlərin əldə edilməsi zamanı zaminlik və rəsmi gəlir çətinliyinin olması da problemlər sırasında yer alır: "Başqa bir çətinlik isə regionlarda olan girov təminatının əksər hallarda banklar tərəfindən qəbul edilməməsidir. Biz bu problemlə bağlı həm Mərkəzi Bankla, həm də Banklar Assosiyasiyası ilə aktiv iş aparırıq".
© "Report" / marja.az

Banklar     Tarix: 18 may 2023

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin qiymeti birbank bitcoin qiymeti investisiya