TƏCİLİ: Mərkəzi Bank iki BOKT-nin lisenziyasını ləğv etdi

TƏCİLİ: Mərkəzi Bank iki BOKT-nin lisenziyasını ləğv etdi"Gold Finance" Bank Olmayan Kredit Təşkilatı MMC-nin lisenziyası və "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-nin lisenziyası ləğv edilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.
AMB bildirir ki, tənzimləyici tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyəti və onların dayanıqlı idarəetməsinin gücləndirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə mövcud qanunvericilikdə qabaqcıl və müsbət təcrübələr əsasında mütəmadi təkmilləşdirilmə işləri aparılır, bank olmayan kredit təşkilatları sektorunun inkişafı üzrə strategiyaların formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bununla yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində qanunvericiliyin və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinə riayətin təmin edilməsi məqsədilə zəruri göstərişlər verilir və onların icrası nəzarətdə saxlanılır.
Görülmüş işlər nəticəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar "Gold Finance" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası və "Viza Kredit Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 31 may 2023-cü il tarixli Qərarı ilə ləğv edilib.
Xatırladaq ki, "Gold Finance" BOKT MMC 2013-cü ildən fəaliyətdədir və onun 350 min manat nizamnamə kapitalı vardı. Səhmlərinin 100%-i Zaur Sadıxov adlı fiziki şəxsə aid idi. "Viza Kredit BOKT" MMC 2011-ci ildə yaradılıb, 1.47 mln. manat nizamnamə kapitalı var. Səhmdarı 88.1%-lə Ceyhun Mehdizadə, 11.9%-lə Yaşar Məmmədov idi.
Qeyd olunur ki, adı çəkilən təşkilatlar tərəfindən müştərilərə verilmiş kreditlər tam həcmdə "ümidsiz aktiv" təsnifat kateqoriyasında olmuş və kapital tələbləri pozulmuşdur. Bundan əlavə, sözügedən təşkilatlar tərəfindən son bir neçə il ərzində kreditləşmə fəaliyyəti ümumiyyətlə həyata keçirilməyib. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün Mərkəzi Bank tərəfindən onlara möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilməyib.
"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

Banklar     Tarix: 02 iyun 2023

Oxşar xəbərlər

Bankların adından istifadə edən daha bir haker şəbəkəsi aşkarlanıb

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu il

Expressbank Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb

Qlobal Pul Həftəsi çərçivəsində Expressbank tərəfindən Xətai rayonu, 55 nömrəli tam orta ümumtəhsil məktəbinin 7 və 8ci sinif şagirdləri üçün maarifləndirici tədbir təşkil olunub. Seminar zamanı şagirdlərə pulun düzgün idar

ABB-eSİM xidməti istifadəyə verildi

() Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan xidmət almaq imkanlarını genişləndirir. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahə

Təhsil kreditindən yararlanan tələbələr üçün "Sənin karyera yolun: öz təsirini yarat" mövzusunda təlim keçirilib

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. Bu məqsədlə bankla  Təhsil Tələbə Kredit Fondu arasında ötən il əməkdaşlı

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edib

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasını təqdim edərək kredit şərtlərində xüsusi güzəştlər tətbiq edir. Kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinə endirim təqdim edilir. Bununl

AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq

()  Müştərilərinə keyfiyyətli və operativ maliyyə həlləri təqdim edən AccessBank qeyri-iş günlərində də fəaliyyət göstərəcək. Bankın bütün filialları 26 və 27 mart tarixlərində saat 09:00-dan 17:00-dək açıq olacaq. Qeyd oluna

Bayram fürsətləri AccessBank-da

Novruz bayramı münasibətilə AccessBank müştəriləri üçün xüsusi kampaniyaya start verir. Qeyri-iş günlərində bank tərəfindən təqdim olunan sərfəli kredit şərtləri sayəsində müştərilər maliyyə ehtiyaclarını daha rahat və əlverişl

Azərbaycanın maliyyə sektorunun aktivləri 12 %-ə yaxın azalıb

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənn ümumi daxili məhsulunun (ÜDM) 46,9 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 65,7 %-i qədər - 60,6 milyard manat təşkil edib. Bu barədə Nazirlər Kabinetinin 2025-c

AMB qlobal enerji qiymətlərində kəskin artımın ölkə iqtisadiyyatına təsirini şərh edib

Qlobal geosiyasi gərginlik və enerji bazarlarında qiymət artımı fonunda Azərbaycanda idxal inflyasiyasının artması ehtimalı və bunun pul siyasətinə təsiri məsələsi diqqət mərkəzindədir. Məsələ ilə bağlı  Azərbaycan Mərkəz


iqtisadi xeberler dollar manat kursu emlak xeberleri valyuta mezennesi depozit faizleri