Üç ildir yaradılan "Prior Credit BOKT" növbəti dəfə zərər açıqlayıb

Üç ildir yaradılan "Prior Credit Bank Olmayan Kredit Təşkilatı" ASC-nin 2022-ci ildə növbəti dəfə zərər etdiyi məlum olub.
Banker.az xəbər verir ki BOKT-nin "Baker Tilly" audit şirkəti tərəfindən aparılan hesabatda bu qeyd edilir.
Hesabat ilində borcları 1 mlnş 112 min manata qalxdığı halda, bunları müştərilərə kredit kimi yönəldə bilib. Onun 3 mln. 297 min manatlıq cəmi aktivlərinin 3 mln. 166 min manatı müştərilərə verilən kreditlərdir. BOKT-nin əlində cəmi 20 min ətrafında nağd pul var. Bu həm də o deməkdir ki, BOKT-un iri həcmli növbəti müddətdə kredit verməsi üçün əlavə vəsaitlərə ehtiyac var.
BOKT 2022-ci ildə bir sıra xərclərini optimallaşdırmağa çalışsa da, əsasən əməliyyat xərcləri gəlirlərindən kəskin fərqdə üstün olub. Belə ki, kredit təşkilatı hesabat ilində 571 min manat faiz gəliri əldə etdiyi halda, 254 min manat kreditlər üzrə mümkün zərər ( 2021: 33 min manat), 626 min manat ümumi və adminstrativ xərclər (649 min manat), 15 min manat haqq və komissiya xərcləri (20.44 min manat) və s. xərclər edib.
Beləliklə, 342 min manat ilin zərərlə tamamlayıb. Onun 2021-ci ildəki zərəri 520 min manat idi.
"Prior Credit BOKT"un balansındkı zərərin həcmi 875 min manata yüksəlib.
BOKT 2020-ci ilin son rübü Azərbaycan Mərkəzi Bankından lisenziya əldə edib.
Xatırladaq ki, "Prior Credit BOKT" ASC 2020-ci ildə yaradılıb, 3 mln. manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100%-i "Prior Leasing Şirkəti"nə məxsusdur.
Üç ildir yaradılan Üç ildir yaradılan

Banklar     Tarix: 01 iyun 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq