"Unibank"ın audit hesabatında 5 milyon manat zərər etdiyi açıqlandı

"Unibank KB" ASC-nin kənar audit "KPMG Audit Azərbaycan" MMC tərəfindən aparılan konsolidə edilmiş audit hesabatda bankın 5.06 milyon manat həcmində zərər etdiyi məlum olub.
Banker.az bunu bankın internet səhifəsində 2022-ci il üzrə təqdim edilmiş audit hesabatına istinadən xəbər verir.
Bank 2023-cü ilin 25 yanvarında açıqlamışdı ki, hesabat dövrünün [2022-ci il nəzərdə tutulur] sonuna bankın xalis mənfəəti 0.6 milyon manata yaxın olub.
Kənar audit hesabatına əsaslansaq, 2022-ci il üzrə bankın faiz gəlirləri 159.68 mln. manat olub və bu, illik müqayisədə 35% artımdır. Bununla belə, bankın faiz xərcləri aşağı dinamika ilə - 29% artımla 55.76 mln. manat artıb. Nəticədə bankın xalis faiz gəlirinin illik 39% yuxarı olmasına (103.92 mln. manata) gətirib çıxarıb.
Oxşar yazı: "Unibank" 2022-ci ildə kredit kartı və mikro kreditlərin həcmini artırıb - audit hesabatı
Bankın administrativ və digər əməliyyat üzrə xərcləri 76.37 mln. manatdan 97.42 mln. manata yüksəlib, haqq və komissiya üzrə xərcləri 22.34 mln. manatdan 55.33 mln. manata qədər artıb.
Bankın haqq və komissiya üzrə gəlirlərinin həcmi isə 29.45 mln. manatdan 58.36 mln. manata yüksəlib.
Beləliklə, kənar auditin hesablamalarına görə, "Unibank KB" ASC 2022-ci ildə 5 milyon 60 min manat xalis zərər edib. Bank 2021-ci ildə 21 min manat xalis mənfəət etmişdi.
Bankın bu zərərindən sonra, illərin yığılmış zərəri 21.59 milyon manat təşkil edib. Yeri gəlmişkən, özlərinin təqdim etdiyi hesabatda illərin yığılmış zərəri 35.04 mln. manat kimi göstərilib.
Bank səhmdarları 2022-ci ildə kapital mövqeyini gücləndirmək üçün 18.7 milyon manat yeni səhm emissiya edilib, səhm (nizamnamə) kapitalı 138.2 mln. manat təşkil edib. Yeni emissiya edilmiş səhmlər və pay dəyişmələrindən sonra Eldar Qəribovun payı 86.7%-dən 94.08%-ə yüksəlib.
LİNKLƏR:
Unibank 2022-ci il üzrə audit hesabatı 25.05.23 final - KPMG

Banklar     Tarix: 31 may 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq