Xalq Bank 2024-cü ilin III rübünün yekunlarını açıqladı

Xalq Bank 2024-cü ilin III rübünün yekunlarını açıqladı®2024-cü ilin III rübünün yekunlarına əsasən, ASC "Xalq" Bankının aktivlərin həcmi stabillik göstərərək 2.942 mlrd. manat təşkil etmişdir. Kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 5.1% artaraq 1.982 mlrd. manat təşkil etmişdir. 2024-cü ilin III rübünün sonuna Bankın "banklar və digər maliyyə institutları istisna olmaqla" depozitlərinin həcmi 1.981 mlrd. manat təşkil etmişdir.
2024-cü ilin III rübünün sonuna Bankın xalis mənfəəti 54.0 mln. manat, cəmi kapitalı 500.4 mln. manat təşkil etmişdir. Hesabat dövrünün sonuna Bankın faiz gəlirləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 17.3%, yəni 20.1 mln manat daha çox olmaqla 136.5 mln manat, qeyri-faiz gəlirləri 56.8%, yəni 11.6 mln. manat artaraq 32.1 mln manat təşkil etmişdir. 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Beləliklə, 2024-cü ilin III rübünün nəticələrinə əsasən, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank yenidən ölkənin ən böyük özəl banklarının üçlüyündədir. 
Həmçinin, ötən rüb ərzində Moody"s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2023-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib. Reytinq üzrə proqnozu "stabil" olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba2/NP səviyyəsinə yüksəldib.
Qeyd edək ki, ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi İnkişaf Strategiyasının icrasını uğurla davam etdirir. Növbəti 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Həmçinin qeyd edək ki, Bankın fəaliyyətində göstərdiyi davamlı və dayanlıqlı inkişaf və səhmdar kapitalının səmərəli istifadəsinin nəticəsi olaraq, Bankın maliyyə imkanlarının genişləndirilməsi məqsədilə Səhmdarların Ümumi yığıncağında bölüşdürülməmiş mənfəət hesabına Bankın nizamnamə kapitalının 415 milyon manata çatdırılması barədə qərar qəbul edilmişdir.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 15 oktyabr 2024

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes