"Yapı Kredi Bank Azərbaycan"dan 3 rübdə 8,3 milyon manat xalis mənfəət

"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 8.3 milyon manat  xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - sentyabr ayları üzrə faiz gəlirləri 18% artaraq 32 milyon manat, qeyri-faiz gəlirləri 16% artaraq 19 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 7% artaraq 27 milyon manat olmuşdur.
Qeyd edilib ki, cari ilin üçüncü rübündə bankda müştərilərə verilən kredit porfelininin həcmi keçən ilin sonu ilə müqayisədə 11% artmış və 325 milyon manat təşkil etmişdir. Belə ki, istehlak kreditləri 12% artaraq 76 milyon manata, daşınmaz əmlak kreditləri 35% artaraq 47 milyon manata çatmışdır. Biznes kreditləri cari ilin üçüncü rübündə 7% artaraq 202 milyon manat təşkil etmişdir.
Bankda depozit portfeli 403 milyon manat təşkil etmişdir. Fiziki şəxslərdə bu rəqəm keçən ilin sonu ilə müqayisədə 11% artaraq 100 milyon manat, hüquqi şəxslərin depozit portfeli isə keçən ilin sonu ilə müqayisədə 10% artaraq 303 milyon manat təşkil edib.
"Yapı Kredi Bank Azərbaycan" cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 16.14%, məcmu kapitalının adekvatlıq əmsalı isə 18.82% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 97 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin "Yapı Kredi A.Ş." bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
/ marja.az

Banklar     Tarix: 15 oktyabr 2024

Oxşar xəbərlər

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek


iqtisadi xeberler en son xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri dollar kursu