"Yapı Kredi Bank Azərbaycan"dan aztəminatlı və şəhid ailələrinə növbəti dəstək

®"Yapı Kredi Bank Azərbaycan" özünüməşğulluq proqramı çərçivəsində 2-si şəhid ailəsi olmaqla 4 aztəminatlı ailəsini öz biznesini qurmaq üçün lazımi avadanlıqlarla təmin etmişdir.
Bakı şəhəri, Sumqayıt şəhəri və Binəqədi rayon sakinləri olan Hüseynova Zərifə, Əmrahova Gülnar, Mustafayev Rövşən və Nəcəfova Əfsanə ilə fərdi dərzi atelyesinin yaradılması üçün bank tərəfindən onlarla danışıqlar aparılmış və təqdim olunan plan əsasında həmin şəxslər bütün lazımi avadanlıqlarla təchiz edilərək bizneslərini qurmağa imkan yaradılmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankı təşəbbüsü və Azərbaycan Banklar Assosasiyasının koordinasiyası ilə icra edilən bu korporativ sosial məsuliyyət proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Bu proqramın əsas məqsədi həmin ailələri kiçik biznes qurmaq, və ya  mövcud biznesi genişləndirmək üçün tələb olunan texniki təchizatla təmin etməkdən ibarətdir. "Yapı Kredi Bank Azərbaycan" təməl dəyərlərindən biri olan korporativ sosial məsuliyyət prinsipini əsas götürərək, layihədə yaxından iştirak etməyə qərar vermişdir.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / banker.az

Banklar     Tarix: 31 may 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq