ABB Sumqayıtda daha bir filial açdı
®ABB maliyyə xidmətləri şəbəkəsini genişləndirmək üçün Sumqayıtda ikinci filialını açıb. Yeni filial Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsindəki ofisində müştərilərə xidmət göstərir. ABB-nin Sumqayıt şəhərindəki ilk filialı isə Səməd Vurğun küçəsi – 112/14 ünvanında müştərilərin xidmətindədir.
Qeyd edək ki, Sumqayıtda 400 mindən çox sakin yaşayır. Burada bir çox böyük sənaye müəssisələri yerləşir. Sənaye əhəmiyyətinə və əhali sayına görə Sumqayıt ölkəmizin ən böyük şəhərlərindəndir. Bu, baxımdan şəhərdə ABB-nin daha bir filialının açılması bizneslərin və fərdi şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək. Fərdi və korporativ müştərilər ABB-nin Sumqayıtda yerləşən hər iki filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
İKEA şirkətinin tarixi
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları
"Freelance" nədir?
Kriptovalyuta nədir?